Laçınlılar doğma yurda qayıdışın sevincini yaşayırlar - VİDEO 

Laçınlılar doğma yurda qayıdışın sevincini yaşayırlar - VİDEO 

Hazırda oxunan: Laçınlılar doğma yurda qayıdışın sevincini yaşayırlar - VİDEO 

138648

Məlumat verdiyimiz kimi, bugünlərdə 20 ailə Laçına köçürülüb. 

Bizim.Media xəbər verir ki, “Xəzər Xəbər” evlərinə köçürülən Laçın sakinlərindən birinin evində qonaq olub, onlarla söhbətləşib. 

Məlum olub ki, öz yurdlarına qayıdan laçınlılar artıq evlərinə yerləşirlər. 

Bununla bağlı hazırlanmış reportajda qeyd olunur ki, 30 il əvvəl laçınlılar Laçını qoyub getmək məcburiyyətində qalanda buralar balaca, sadə evlərdən ibarət idi. İndi isə vəziyyət dəyişib. Artıq Laçın nağıllara bənzəyən bir diyara çevrilib. Buradakı sadə və gözəl evlər, yeni küçələr, yeni binalar şəhəri valehedici formada dəyişib. 

Gənclik illərini Laçında keçirən Elnur Abdullayev deyir ki, yeni Laçın yaşam üçün daha uyğundur. 

Nəcəfovlar ailəsində böyükdən kiçiyə hər kəs bu günü böyük coşqu və sevinc ilə qarşılayır. 

Evin xanımı gözlərinə inanmadığını deyir. 

Evin böyüyü İsgəndər kişi xəyalını belə qura bilmədiyi evin gerçək olduğuna inana bilmir. 

Qeyd edilir ki, yaxın vaxtlarda iş yerlərinin bəzilərinin istifadəyə verilməsi nəzərdə tutulur.

Bununla da Laçına dönən insanların işlə bağlı hər hansı problemi olmayacaq. 

Hazırda Laçının hər tərəfində Böyük Qayıdışa hazırlıq gedir. İyun ayından etibarən daha bir qrup Laçın sakini evinə qayıdacaq. 

Daha ətraflı süjetdə: 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO