İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Qarabağ KOB-ları Proqramına start verilib.
Bizim.Media xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb.
"Layihə çərçivəsində 50 şəhid ailəsi üzvünün, qazinin və müharibə iştirakçısının sosial rifahının yaxşılaşdırılması üçün biznes qurumlarına dəstək göstəriləcək", - deyə O. Məmmədov qeyd edib.
Bizim.Media
#KOBİA və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə #Qarabağ KOB-ları Proqramına start verdik. Layihə çərçivəsində 50 şəhid ailəsi üzvünün, qazinin və müharibə iştirakçısının sosial rifahının yaxşılaşdırılması üçün biznes qurmalarına dəstək göstəriləcək. pic.twitter.com/yWT3ztqQ20
— Orkhan Mammadov (@MammadovOrkh) May 29, 2023