Bu gün 28 May şanlı Respublika günüdür. 1918-ci bu günündə “yoxdan bayraq var edən”x9d cumhuriyyətçilər həqiqətən də Azərbaycan tarixinin ən pik nöqtəsini fəth etdilər.
Onların önündə gedən böyük Məhəmmədəmin Rəsulzadə isə bizə miras qoyduğu əsərlərlə hələ də yolumuza işıq saçır. O, bir çox dəyərli əsərlərində dəqiq tarixi faktları göstərməklə həqiqətin əsl üzünü bizə bəyan edir.
Rəsulzadənin dəyərli əsərlərindən biri olan “Çağdaş Azərbaycan ədəbiyyatı”x9d kitabında xa0təhlil etdiyi ədiblər arasında Səməd Vurğun haqqında dedikləri daha çox maraq doğurur.xa0
O əvvəlcə bir qeydində Səməd Vurğundan narazılıq edir: “Azərbaycan ədəbiyyatı indi bu şəraitdə yaşamağa məcburdur. Bu məcburiyyətlər və təzyiqlər nəticəsində ayaq üstə durmaq istəyən bir yazıçı, ədib və şair təsadüfi deyil ki, tarixcə bağlı olduğu islam və türk ideallarından üz çevirəcək, mədəni dünya ölçülərinə xor baxacaq və hətta 1939-cu ildən əvvəlki illərdə yazılan sovet Azərbaycanı ədəbiyyatının əsərlərini belə rədd və inkar edəcəkdir. Necə ki, əsil sovet dövründə yetişən və bir kommunist ədib və şair olaraq şöhrət qazanan adamlar belə əvvəlki yazılarından imtina etmişlər, “böyük”x9d Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə bilmək üçün Səməd Vurğun kimilər əski şerlərinin öldüyünü elan etmişlər.”x9dxa0
xa0Rəsulzadə xa0 Səməd Vurğunun nöqsanını göstərməklə yanaşı onun məziyyətlərindən də söz açır: “Səməd Vurğun Stalini idealizə edən əsərlər yanında bir də “Vaqif”x9d adlı mənzum dram yazmışdır. “Vaqif”x9d XVIII yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır. Ümumi sovet vətənpərvərliyinə rəvac verən son rus əsərlərindən öyrənməklə Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır”x9d. xa0xa0
Amma böyük Rəsulzadənin bu qeydi heç də boş yerdən yaranmamışdı. Səməd Vurğun özünün “26-lar”x9d poemasında təəssüf ki, Rəsulzadəyə heç də xoş olmayan münasibət bəsləyib:
““İndi xəbər verim oxucuma mən
O “millət rəhbəri”x9d Rəsulzadədən;
Toplamış məclisdə müsəlmanları,
Yağlı vədələrə tutmuş onları;
Deyir: “Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun qılınc çəkərək.
Parlasın ədalət, mehri-hürriyyət,
Ucalsın göylərə şərəfi-millət!..”x9dxa0
(“26-lar poeması”x9d, Bakı, 1958)
Çox təəssüf ki, orada Rəsulzadənin şanına yaraşmayan bir ifadə də işlənib ki, biz təbii ki, Respublika günündə onları səsləndirməkdə acizik. Elə sıravi günlərdə də kiminsə o ifadəni səsləndirməsinə inanmıram.
xa0
Elmin Nuri






































































































