DİN-dən Türkandakı insidentlə bağlı RƏSMİ AÇIQLAMA 

DİN-dən Türkandakı insidentlə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: DİN-dən Türkandakı insidentlə bağlı RƏSMİ AÇIQLAMA 

138623

DİN Xəzər rayonu Türkan qəsəbəsində yaşayan Ataxan İbrahimovun ailə münaqişəsi zəminində atası I qrup əlil  Şəmsəddin İbrahimovu döyərək xəsarət yetirməsi ilə bağlı  iddialara münasibət bildirib. 

Yayılan xəbərə cavab olaraq DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya bildirib ki, hadisə ilə bağlı müvafiq polis orqanında araşdırma aparılıb.  

Qeyd edilib ki, tərəflər polis orqanına dəvət olunaraq izahatları alınıb. Araşdırmalarla görüntülərin 4 ay öncə qeydə alındığı məlum olub.

Şəmsəddin İbrahimov izahatında oğlu tərəfindən döyülmədiyini, ərazidə yerləşən istixanada çalışarkən yıxılaraq xəsarət aldığını bildirib.    

Araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO