Bakıda soyğunçuluq anı - VİDEO

Bakıda soyğunçuluq anı - VİDEO

Hazırda oxunan: Bakıda soyğunçuluq anı - VİDEO

13861

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Elxan Ağagülov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs hadisə zamanı Nizami rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefonunu istəyib.

E.Ağagülov mobil telefonu qaytaran zaman zərərçəkənin içərisində 550 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçıb. Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisədən sonra E.Ağagülovun həmin ərazidən yayınması və yaxınlıqdakı marketə daxil olması müşahidə kameralar; vasitəsi ilə lentə alınıb.

E.Ağagülov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO