Masallıda azyaşlı velosipedçini avtomobil vurdu

Masallıda azyaşlı velosipedçini avtomobil vurdu

Hazırda oxunan: Masallıda azyaşlı velosipedçini avtomobil vurdu

138479

Masallıda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Köçəkli kəndində qeydə alınıb.

Avtomobil, velosipedlə hərəkətdə olan 10 yaşlı Rəşid Mehdi oğlu Mehdiyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirdilər ki, R.Mehdiyevin sağ bud-baldır nahiyyəsində sınıq, üzündə didilmiş yaralar var. Xəstəyə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO