Göyçayda Müstəqillik Günü belə qeyd edildi - FOTO

Göyçayda Müstəqillik Günü belə qeyd edildi - FOTO

Hazırda oxunan: Göyçayda Müstəqillik Günü belə qeyd edildi - FOTO

138450

Göyçayda 28 May Müstəqillik Günü qeyd edilib.

Bizim.Media-nın Aran bürosu  xəbər verir ki, 28 May  Müstəqillik Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri və rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. 

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini İkram Vəliyev bildirib ki, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu və eyni zamanda xalqımızın müstəqillik əzmini nümayiş etdirdi.

Tədbirdə digər çıxış edənlər bildirdilər ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan Ulu öndər Heydər Əliyevin dövlətçiliyin qorunması üçün həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində süverenliyini qoruyub saxlamağı bacardı.
Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Beləliklə Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının artıq işğaldan azad olunmuş torpaqlarımızda doğma Qarabağımızda, azad Şuşamızda dalğalanması Azərbaycan prezidenti cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. 







Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO