Kürdəmirdə şəhidə həsr olunan kitabın təqdimatı - FOTO

Kürdəmirdə şəhidə həsr olunan kitabın təqdimatı - FOTO

Hazırda oxunan: Kürdəmirdə şəhidə həsr olunan kitabın təqdimatı - FOTO

138449

Kürdəmirdə Dövlət Rəsm Qalereyasında 2-ci Qarabağ müharibəsinin şəhidi Adəm Əliyevin adına həsr olunmuş kitabın təqdimatı keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Dövlət Rəsm Qalereyasında şəhid Adəm Əliyevin adına olan böyük sərgi salonunda şairə Esmira Günəşin "Qəlbimizdə yaşayanlar" kitabının təqdimat mərasimi baş tutub.

Kitabda Kürdəmir şəhidlərindən Adəm Əliyevin və Tural Eyyubovun adları da yer alıb. Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, məktəblilər, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
Təqdimat nərasimində şəhid Adəm Əliyevə həsr olunmuş videoçarx nümayiş olunaraq, Esmira Günəşin şəhidimizin xatirəsinə həsr etdiyi şeirləri səsləndirilib.

Məktəblilərin ifasında müxtəlif vətənpərvərlik mövzusunda kompozisiyalar ifa olunub. Tədbirin sonunda kitabın müəllifi  şairə xanım tədbirin təşkil olunmasında əziyyəti olan hər kəsə xüsusilə də şəhid Adəm Əliyevin anası Akifə xanıma və Qalereyanın əməkdaşlarına təşəkkürünü bildirib.
Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra qonaqlar Şəhidlər Xiyabanını və Adəm Əliyevin bulağını ziyarət ediblər.


















Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO