Cəlilabaddakı qətlin təfərrüatları BİLİNDİ 

Hazırda oxunan: Cəlilabaddakı qətlin təfərrüatları BİLİNDİ 

138345

Cəlilabadda baş verən qətl hadisəsinin təfərrüatları aydınlaşıb. 

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, qanlı olay bu gün axşam saatlarında rayonun Qarazəncir kəndində, küçədə baş verib. 

Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü  Rəşad Aydın oğlu Aslanov aralarına yaranmış mübahisə zəminində həmkəndlisi 1985-ci il təvəllüdlü Şamo Şamil oğlu Əzimova çox saylı bıçaq xəsarətləri yetirərək, sonuncunu qətlə yetirib. 
Hadisədən sonra R. Aslanov vəfat etmiş Ş. Əzimova məxsus avtomobilə minərək hadisə yerindən uzaqlaşıb. Bu zaman o hərkətsiz halda olan digər iki avtomobilə də zərər vurub.

Rəşad Aslanov polisə gələrək könüllü təslim olub.  

Məlumata görə, hadisə onların aralarında yaranmış mübahisə zamanı baş verib. 

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO