Növbəti “Prius” OLAYI: Bu dəfə avtomobildə narkotik vasitə aşkarlanıb - FOTO 

Hazırda oxunan: Növbəti “Prius” OLAYI: Bu dəfə avtomobildə narkotik vasitə aşkarlanıb - FOTO 

138322

Suraxanı DYPŞ-nın əməkdaşları “Prius” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər BPİ DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat yayıb. 

Məlumata görə, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1974 -cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar.
Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir. 

Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib 1 kq 26 qr heroin aşkarlanıb. 

Şübhəli şəxslərlə saxlanılaraq Suraxanı RPİ-yə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq, saxlanılıb. 

Araşdırmalar davam etdirilir. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO