Zaqatalada barama istehsalında VƏZİYYƏT NECƏDİR? - 200 kümçünün HƏDƏFİ 

Zaqatalada barama istehsalında VƏZİYYƏT NECƏDİR? - 200 kümçünün HƏDƏFİ 

Hazırda oxunan: Zaqatalada barama istehsalında VƏZİYYƏT NECƏDİR? - 200 kümçünün HƏDƏFİ 

138237

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının 31 tona çatdırılması qarşıya məqsəd qoyulub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu ötən ildəkindən 8 ton çox deməkdir. 

Rayon icra hakimiyyətindən verilən məlumata əsasən, bu il barama yetişdirmək üçün 200 kümçü ilə müqavilə bağlanılıb. Bu məqsədlə onlara rayondakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiya olunmuş 760 qutu, yəni 14 kiloqram 440 qram ipəkqurdu paylanılıb. 

Hazırda təsərrüfatlarda ipəkqurdlarının son yemləmə prosesi həyata keçirilir və qarşıdakı günlərdə onlar barama sarımağa başlayacaq. 

Rayonda yaş barama istehsalı ilə öndə gedən yaşayış məntəqələrindən biri Mazıx kəndidir.

Ötən il Mazıxda 4 kümçü ailəsi ipəkqurdunun bəslənməsi ilə məşğul olub. Bu ailələrə 228 qram ipəkqurdu toxumu verilib, nəticədə 578 kiloqram yaş barama istehsal edilib. Beləcə, bu 4 ailə bir ay müddətində baramaçılıqdan ümumilikdə 6 min manatdan çox gəlir götürüb.

Builki mövsümə gəldikdə isə kənd üzrə 9 kümçüyə 205 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə yaş barama istehsalının 600 kiloqramdan çox olacağı gözlənilir.

Qeyd edək ki, ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş baramanı “Azəripək” 5 manata təhvil alacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat verir. Ümumilikdə, bir kiloqram yaş barama üçün kümçülərə 11 manat verilir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO