Gəncədə baş verən ağır yol qəzası zamanı həyatını itirənin şəxsiyyəti müəyyən edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu “Khazar” avtomobilinin sürücüsü, 1996-cı il təvəllüdlü Yaşar Kəramət oğlu Abdulayevdir.
Dünən gecə saatlarında Gəncə-Şəmkir yolunda hərəkətdə olan "Toyoto Prado" markalı avtomobillə “Khazar” markalı maşın toqquşub.
Qəza zamanı maşında sıxılmış vəziyyətdə qalmış Yaşar Abdullayevin meyitini FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri xüsusi avadanlıqlarla çıxarıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu