Gəncədə ağır qəzada ölən şəxsin kimliyi MƏLUM OLUB 

Gəncədə ağır qəzada ölən şəxsin kimliyi MƏLUM OLUB 

Hazırda oxunan: Gəncədə ağır qəzada ölən şəxsin kimliyi MƏLUM OLUB 

138225

Gəncədə baş verən ağır yol qəzası zamanı həyatını itirənin şəxsiyyəti müəyyən edilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu “Khazar” avtomobilinin sürücüsü, 1996-cı il təvəllüdlü Yaşar Kəramət oğlu Abdulayevdir. 

Dünən gecə saatlarında Gəncə-Şəmkir yolunda hərəkətdə olan "Toyoto Prado" markalı avtomobillə “Khazar” markalı maşın toqquşub.

Qəza zamanı maşında sıxılmış vəziyyətdə qalmış Yaşar Abdullayevin meyitini FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri xüsusi avadanlıqlarla çıxarıb.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO