FHN-dən Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı AÇIQLAMA 

FHN-dən Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: FHN-dən Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı AÇIQLAMA 

138224

Gəncədə yağışlı havada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” və “Khazar” markalı 2 minik avtomobili toqquşub, bir nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. 

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO