Qarabağda 11 su elektrik stansiyası YENİDƏN QURULUB  

Qarabağda 11 su elektrik stansiyası YENİDƏN QURULUB  

Hazırda oxunan: Qarabağda 11 su elektrik stansiyası YENİDƏN QURULUB  

138137

“Ötən müddət ərzində "Azərenerji" ASC tərəfindən işğaldan azad edilmiş ərazilərdə ümumi gücü 53.6 MVt olan 11 ədəd su elektrik stansiyası tam yenidən qurulub və bərpa edilərək istismar edilir”. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib. 

O, işğaldan azad edilmiş ərazilərin hidroenerji potensialı barədə danışarkən bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlərin nəticəsində işğal dövründə bu ərazilərdə 135, 8 MVt gücündə 29 ədəd su elektrik stansiyası olduğu, lakin əraziləri tərk edən düşmən tərəfindən stansiyanın hamısının dağıldığı müəyyən edildiyini deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO