Azərbaycanda seçicilərin sayı AÇIQLANDI  

Azərbaycanda seçicilərin sayı AÇIQLANDI  

Hazırda oxunan: Azərbaycanda seçicilərin sayı AÇIQLANDI  

138123

Azərbaycanda seçicilərin sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib. 

O bildirib ki, ölkədə səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var. 

“Onların 3 milyon 005 min 121 nəfəri kişi (47,44%), 3 milyon 329 min 057 nəfəri isə qadındır (52,56%)”, - o bildirib. 
Qeyd edək ki, seçki qanunvericiliyinin tələblərinə əsasən bu ilin yanvarın əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib, ardıcıl, sistemli və intensiv şəkildə aparılan genişmiqyaslı və əhatəli prosesdən sonra cari il üçün seçici siyahılarının hazırlanması başa çatıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO