Kürdəmirdə çoban özünə tüfənglə xəsarət yetirdi

Kürdəmirdə çoban özünə tüfənglə xəsarət yetirdi

Hazırda oxunan: Kürdəmirdə çoban özünə tüfənglə xəsarət yetirdi

138077

Kürdəmir rayonunda çoban işlədiyi fermada özünə tüfənglə xəsarət yetirib.

Bizim.Media-nın Aran bürosu xəbər ki, hadisə rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.

Belə ki, Kürdəmirdə çobanlıqla məşğul olan Şamaxı sakini 1989-cı il təvəllüdlü İsmayılov Vidadi Qasıməli oğlu fermada olarkən əlindəki tüfənglə ehtiyatsız davranıb. Bu zaman tüfəng əlində açılaraq onun ayaq nahiyəsinə xəsarət yetirib.

O, dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər xəsarət almış rayon sakininin vəziyyətini orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO