Qaxda ağır QƏZA: Polis əməkdaşı yaralandı, bir nəfər öldü

Qaxda ağır QƏZA: Polis əməkdaşı yaralandı, bir nəfər öldü

Hazırda oxunan: Qaxda ağır QƏZA: Polis əməkdaşı yaralandı, bir nəfər öldü

138071

Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, Qax rayonunun İlisu kəndi ərazisində polis nəfəri Faiq Məmmədovun idarə etdiyi "Vaz-21015" markalı avtomobil ilə 28 yaşlı rayon sakini Mahmud Bayramovun idarə etdiyi "Vaz-2106" markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü və "Vaz-2106"da olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Göstərilən tibbi yardımlara baxmayaraq Mahmud Bayramlı xəstəxanada vəfat edib, digər iki nəfərin isə müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO