Dünən Göygöldə yağan intensiv yağışlar nəticəsində rayonun Topalhəsənli kəndində yaranan sel axınına 22 yaşlı gənc düşüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, bu barədə məlumat rayonun polis şöbəsinə daxil olub:
"Rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub. Hazırda həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işləri davam etdirilir", - deyə E.Qasımov əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu