Xaçmazda qazi özünü yandırmaq istədi

Xaçmazda qazi özünü yandırmaq istədi

Hazırda oxunan: Xaçmazda qazi özünü yandırmaq istədi

138009

Xaçmazda Vətən Müharibəsi veteranı  Etibar Murad oğlu Babakişiyev özünə qəsd etmək istəyib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əsəbləri tarıma çəkilən Etibar Babakişiyev üzərinə benzin töküb özünü yandırmaq istəyib.

Ətrafda olan insanların  müdaxiləsi nəticəsində veteranın özünü yandırmaq cəhdi alınmayıb.Üzərinə benzin tökülmüş Etibar Babakişiyev Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Fakt Xaçmaz rayon mərkəzi xəstəxanasından təsdiq edilib.Bildirilib ki,.ona əsəblərinin sakitləşməsi üçün lazımi tibbi yardım edilib və evə buraxılıb.

Aytəkin Alxaslı, Bizim.Media,Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO