Vəkil olmaq istəyənlər üçün keçirilmiş imtahanın nəticələri MƏLUM OLDU 

Vəkil olmaq istəyənlər üçün keçirilmiş imtahanın nəticələri MƏLUM OLDU 

Hazırda oxunan: Vəkil olmaq istəyənlər üçün keçirilmiş imtahanın nəticələri MƏLUM OLDU 

137972

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə mayın 25-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. 

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunub.  

Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub. 

İmtahanda iştirak etmək üçün 324 namizəd qeydiyyatdan keçib. 7 namizəd imtahana gəlməyib.

İmtahanda iştirak edən 317 namizəddən 138 nəfər 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb. 

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 26, 30 və 31 may tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO