“Şuşada 35 kilovat-saat gücündə yarımstansiyanın sınaqdan keçirilməsi üzrə iş görülür”.
Bizim.Media xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin "Enerji təminatı məsələləri" İşçi Qrupunun 66-cı iclasında deyib.
Onun sözlərinə görə, bu növ yarımstansiyalar dünya praktikasına görə ən səmərəli və təhlükəsiz yarımstansiyalardır.
"Bu növ yarımstansiyaların sınaqdan keçirilməsi yekunlaşdıqda bütün Azərbaycan ərazisində analoji yarımstansiyaları istismara verməyi planlaşdırırıq", - o deyib.
Digər tərəfdən, E.Soltanovun sözlərinə görə, Qarabağda bərpa olunan enerji mənbələrinin yaradılması üzrə işlər görülür.
"Hesab edirəm ki, Qarabağda enerji infrastrukturunun yaradılması təcrübəsi Naxçıvanda, həmçinin ölkənin digər ərazilərində bu cür təhlükəsiz texnologiyaların yaradılması üçün nümunə olacaq", - deyə o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:28 / 25.05.2023
Şuşada yeni yarımstansiya sınaqdan keçiriləcək
Hazırda oxunan: Şuşada yeni yarımstansiya sınaqdan keçiriləcək
Hazırda oxunan: Şuşada yeni yarımstansiya sınaqdan keçiriləcək
137909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.