“Yorulmuşam, daha partiya sədri olmaq istəmirəm”x9d -Tahir Kərimli

“Yorulmuşam, daha partiya sədri olmaq istəmirəm”x9d -Tahir Kərimli

Hazırda oxunan: “Yorulmuşam, daha partiya sədri olmaq istəmirəm”x9d -Tahir Kərimli

137883
“Vəhdət Partiyasının budəfəki qurultayı Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayını xatırlatdı. Çünki Türkiyədə olduğu kimi, bizdə də partiya sədrliyinə tək namizədlilik oldu”x9d.

Bu sözləri xa0deputat Tahir Kərimli sədri olduğu Vəhdət Partiyasının qurultayından danışarkən deyib.

Deputat yenidən partiya sədri seçilməsini belə əsaslandırıb:

“İnanın ki, mən özüm də təklif etmişdim ki, partiya sədrliyinə namizəd başqa adam olsun. Amma qurultayda çıxış edənlərin hamısı təkid etdilər ki, mən yenidən sədr seçilim.

Düzdür, ötən xa0qurultayda bir neçə nəfər öz namizədliyini irəli sürmüşdü, amma sonradan geri götürdülər. Amma bu dəfə partiya sədri olmaq üçün heç kim namizədliyini irəli sürmədi.

Partiya üzvləri bunu belə əsaslandırdılar ki, mənim indiki deputat statusum partiyadakı bir çox işlərə kömək ola bilər. Bu gün əksər siyasi partiyalar böhran keçirir. Bu böhrandan çıxmaq üçün də mənim namizədliyim irəli sürüldü və sədr seçildim”x9d.

Tahir Kərimli yaxın 2 il ərzində yeni qurultay çağıraraq, partiya sədrliyindən gedəcəyini bildirib:

“Bəzi texniki problemlərə və şəraitsizliyə görə bu qurultaya mətbuatı və digər partiyalardan olan həmkarlarımızı dəvət etmədik.

Ona görə də mən də istəyirəm ki, yaxın 2 il ərzində Vəhdət Partiyasının böyük bir qurultayını keçirək. Geniş qurultayı mütləq keçirəcəyik. Ötən qurultayımızda 653 nəfər adam iştirak etmişdi. Bəzən partiya sədrliyindən çox yoruluram. Ola bilsin ki, gələcək qurultayda sədr kimi namizədliyimi irəli sürmədim.

Budəfəki sədrlik seçimində partiyanın Siyasi Şurası da çox təkid etdi ki, mən namizədliyimi irəli sürüm. Amma mən dedim ki, yorulmuşam, partiyanın sıravi üzvü kimi qalım, başqası sədr olsun.

Lakin partiya üzvləri mənə dedilər ki, “İsa Qəmbər, Etibar Məmmədov, Lalə Şövkət partiya sədrliyindən gedən kimi partiyaları dağıldı. Sən getsən biz çox çətinlik çəkəcəyik”x9d.xa0
Ona görə də mənim inadıma baxmayaraq, təkidlə namizədliyim yekdilliklə irəli sürüldü və yenidən sədr seçildim.

Yəqin ki, qarşıdakı 2 il ərzində partiyada sədr olmaq üçün yeni simalar yetişər. Həqiqətən də partiya sədrliyindən getmək istəyirəm”x9d.

Xatırladaq ki, Vəhdət Partiyasının IV qurultayı keçirilib. Qurultayda Tahir Kərimlinin sədrliyə namizədliyi yekdilliklə irəli sürülüb. O, xa0yenidən partiya sədri seçilib.(Modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO