Bakıda qarşı tərəfə keçmək üçün canından keçənlər - VİDEO

Bakıda qarşı tərəfə keçmək üçün canından keçənlər - VİDEO

Hazırda oxunan: Bakıda qarşı tərəfə keçmək üçün canından keçənlər - VİDEO

137853

Bakıda piyadaların intensiv keçdiyi piyada zolaqlarından biri silinib.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Qaradağ rayonu, Lökbatan dairəsi kimi tanınan ərazidən gedir.

Dairənin yaxınlığında, iri ticarət mərkəzinin yanındakı piyada keçidi bağlanıb. İnsanlar isə çətinliklə də olsa, həmin hissədən, maneələrin üzərindən keçməyə çalışırlar.

Həmin ərazidən istifadə edən sürücülər də keçid işarəsinin ərazidən götürüldüyünü, bunun da onlara çətinlik yaratdığını bildiriblər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovun sözlərinə görə, həmin keçid agentliyin təşəbbüsü ilə ləğv edilib.

Piyadalar və sürücülər ümid edirlər ki, əraziyə yenidən baxış keçiriləcək və müvafiq addımlar atılacaq.

Daha ətraflı süjetdə:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO