“60 yaşdan yuxarı olan insanların iş saatlarını qısaltmaq olar” – Deputat açıqladı

“60 yaşdan yuxarı olan insanların iş saatlarını qısaltmaq olar” – Deputat açıqladı

Hazırda oxunan: “60 yaşdan yuxarı olan insanların iş saatlarını qısaltmaq olar” – Deputat açıqladı

13783

Rusiya mediası yazır ki, ölkələrində iş saatının qısaldılması ilə bağlı layihə hazırlanır. Lahiyədə qadınların, tələbələrin, 60 yaşdan yuxarı işçilərin qısaldılmış iş rejimində çalışması müzakirə olunur.

Görəsən, Azərbaycanda da belə bir lahiyə hazırlana bilərmi? Sualı cavablandırmaq üçün millət vəkili Vahid Əhmədovla əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, ölkəmizdə Rusiyada olan təcrübəni tətbiq etmək üçün mütləq əmək məcəlləsinə dəyişiklər edilməlidir:

”İndiki halda isə buna ehtiyac yoxdur. Kifayət qədər iş yerləri olur. Amma indi pandemiya dövrüdür, digər tərəfdən  işğaldan azad olunan ərazilərdə işləməyə başlayacağıq. Mən hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Lakin gələcəkdə 60 yaşdan yuxarı olan insanlarn iş saatlarına baxmaq olar. Belə bir layihənin hazırlanması hər bir dövlətin öz müstəqil mövqeyidir. Hazırda belə bir layihəmiz və təklif yoxdur”.

Dövlət Əmək Müfəttişliyindən isə söylədilər ki, indiki qanunvericilikdə yalnız iş vaxtının qısa iş günü ilə bağlı maddə  var.

Məlumat üçün qeyd edək ki, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Maddədən göründüyü kimi, qısaldılmış iş vaxtının müəyyən olunmasında müəyyən kateqoriyalı işçilər var ki, onlar üçün mütləq olaraq qısaldılmış iş vaxtı müəyyən edilməlidir. Həmin işçilər üçün qısaldılmış iş vaxtında maksimum iş saatı aşağıdakı kimi müəyyən edilir. Həftəlik iş saatı 24 saatdan çox olmayanlar, 16 yaşınadək olan işçilərə  aiddir.

Həftəlik iş saatı 36 saatdan çox olmayanlar isə 1-ci, 2-ci qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərdir.

Həftə ərzində 40 saatlıq iş rejimi olan işçi isə işəgötürənə müvafiq tibb məntəqəsindən hamilə olması haqqında arayış təqdim edir. İşəgötürənin əmri əsasında arayışın təqdim edildiyi tarixdən işçinin həftəlik iş saatı 36 saata endirilməlidir.

Həftəlik 40 saatlıq iş rejimi ilə işləyən işəgötürən 2-ci qrup əlili işə qəbul edir. Artıq işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsinə görə işçinin həftəlik iş saatı 36 saatdan artıq olmamalıdır.

Analıq məzuniyyətindən işə qayıdan işçi üçün həftəlik 36 saatdan artıq olmayan iş rejimi uşağın bir il altı ayı tamam olandan sonra bitir. İşəgötürən işçinin yenidən həftəlik 40 saatlıq iş rejiminə qayıtması haqqında əmr verir.

Amma burada bir məqama diqqət yetirmək lazımdır:

Əgər işçi uşağını təkbaşına böyüdürsə, o zaman işəgötürən belə əmr verə bilməz. Bu halda işəgötürən yalnız uşağın üç yaşı tamam olduqdan sonra işçini həftədə 40 saatlıq iş rejiminə qaytara bilər.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO