Şəkidə 49 yaşlı kişini ilan sancıb

Şəkidə 49 yaşlı kişini ilan sancıb

Hazırda oxunan: Şəkidə 49 yaşlı kişini ilan sancıb

137815

Bu gün axşam saatlarında Şəkinin Zunud kənd sakini, 49 yaşlı Namiq Qurbanov ilan sancması əlaməti ilə xəstəxanaya çatdırılıb.  

Bizim.Media-ya Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən o, xəstəxanaya gec çatdırıldığından ilkin tibbi yardımlar da hələlik öz təsirini göstərməyib və xəstənin vəziyyəti orta- ağır qiymətləndirilir. 

Xəstə ilkin ifadəsində bildirib ki, özünə məxsus torpaq sahəsində təsərrüfat işləri aparan zaman otluqda olan ilan onun sol əlindən sancıb.
N. Qurbanova lazımi tibbi yardım göstərilib, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO