Orta məktəblərin rus bölmələrində tədris niyə azərbaycanca aparılır? – SƏBƏBLƏR 

Orta məktəblərin rus bölmələrində tədris niyə azərbaycanca aparılır? – SƏBƏBLƏR 

Hazırda oxunan: Orta məktəblərin rus bölmələrində tədris niyə azərbaycanca aparılır? – SƏBƏBLƏR 

137777

“Hazırda Azərbaycanın 330 orta ümumtəhsil məktəblərində tədris rus dilində aparılır. Ümumilkdə isə 90 min şagirdimizə dərslər rus dilində keçirilir. Bundan başqa 250 min şagird üçün əsas, 600 min şagird üçünsə ikinci xarici dil kimi rus dili tədris olunur. Bununla belə rus dilinin tədrisində böyük kadr çatışmazlığı var. İbtidai siniflərdə müəllimlərin hazırlığı ədalət naminə deyək ki, çox yüksəkdir. 

Lakin, yuxarı siniflər, xüsusən də X və XI siniflər barədə bu xoş sözləri deyə bilmirik. Xüsusən də texniki və təbiət fənlərinin tədrisində rus dilli müəllimlər çatışmır. Hətta Bakının bəzi rusdilli məktəblərində yuxarı siniflərdə tarix fənnini Azərbaycan bölməsinin müəllimləri tədris edir”.

Bunu Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. Rus bölməsindəki tədrisin aşağı səviyyədə olmasının səbəblərindən danışan ekspert fikrini belə izah edib:
 

MÖVZU İLƏ BAĞLI:

“Rus bölməsi üzrə siniflərin saxlanılması çətinlik yaradır” – NAZİR  


“Bu onunla bağlıdır ki, ali məktəbləri bitirən müəllimlərin bir çoxu işə qəbul zamanı müvafiq ixtisaslar üzrə yetərli bal toplaya bilmirlər. Digər bir səbəbsə rus dilində dərs saatlarının az olmasıdır. Ona görə də bir çox ixtisaslı kadrlar müəllimlik etmək istəmirlər. Nəzərə alaq ki, rus dilli kadrlara həyatımızın bütün sahələrində ciddi ehtiyac var”.

Ekspert bu məsələdə daha bir vacib bir məqama da toxunub:

“Qəbul imtahanlarının nəticələrini təhlil edərkən biz görürük ki, rus bölmələri üzrə uşaqların nəticələri yaxşıdır. Amma texniki və humanitar fənləri üzrə Azərbaycan bölməsi ilə müqayisədə nəticələr bir qədər zəifdir. Bu da təbii ki, orta məktəblərdə ixtisaslı müəllim çatışmazlığı ilə bağlıdır.

Təsadüfi deyil ki, rus bölməsi üzrə ali məktəblərə qəbul zamanı aşağı bal toplayan abituriyentlər universitetlərin ən prestijli ixtisaslarına qəbul olurlar. Halbuki, həmin ixtsasların Azərbaycan bölməsi üzrə qəbul balları çox yüksək olur. Məhz müəllim çatışmazlığı, ixtisaslı kadrların olmaması rus bölməsindəki qəbul müsabiqələrinə də öz mənfi təsirini göstərir. Nəticədə rəqabət mühiti aşağı düşür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO