Bakının bu ərazisində taksilər “AT OYNADIR” – Yol Polisi HƏRƏKƏTƏ KEÇDİ  

Bakının bu ərazisində taksilər “AT OYNADIR” – Yol Polisi HƏRƏKƏTƏ KEÇDİ  

Hazırda oxunan: Bakının bu ərazisində taksilər “AT OYNADIR” – Yol Polisi HƏRƏKƏTƏ KEÇDİ  

137759

Bura paytaxtın Səbail rayonu, 20-ci sahənin dairəsi, “Bravo” marketin  yaxınlığında yerləşən avtobus dayanacağıdır. Amma bu dayanacaq ictimai nəqliyyat sisteminin bir parçasına çevrilmiş taksilər tərəfindən zəbt edilib.  

Xüsusilə iki taksi hər gün qaydalara riayət etmədən qanunsuz və nizamsız şəkildə avtobusların dayanacağa daxil olmasına imkan vermir. Ərazini zəbt edən taksi sürücüləri yolu bağlayaraq sərnişinlərin də avtobuslara rahat şəkildə minməsinə maneçilik törədirlər. Həmçinin bu hal yolda tıxac yaranmasına, həm avtobus sürücüləri, həm də sərnişinlər üçün təhlükəli hala səbəb olur. 

Bununla bağlı Bizim.Media-ya bir neçə sərnişin müraciət edib. Dediklərinə görə, dayanacaqdakı belə vəziyyətdən razı deyillər və narahatlıq keçirirlər.  

Sərnişinlər bildirir ki, avtobus sürücüləri də həmin taksilərlə bacara bilmir. Taksi sürücüləri onlar üçün ayrıca taksi dayanacağı olmadığı üçün buna məcbur olduqlarını əsas gətirirlər.  

Bəs, bu hal məsuliyyət yaradırmı? Həmin ərazidə taksilərin dayanmasına icazə varmı?  

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu hal İnzibati xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə  nəzərdə tutulmuş qayda pozuntusudur: 

“Şəhərin bir neçə nöqtəsində belə problemlərlə rastlaşırıq. Qayda pozuntusu ilə bağlı dəfələrlə taksi sürücülərinə müraciət etmişik və aparılan təbliğat işini nəzarət-profilaktik tədbirlərlə daim diqqətdə saxlayırıq. Yenə də müəyyən şəxslər qayda və qanunları pozub, belə əməllərindən çəkinmirlər. Bu baxımdan hüququn verdiyi imkanlar və qaydalar çərçivəsində lazımi tədbirlər görüləcək”. 
Araz Əsgərli əlavə edib ki, sözügedən ərazidə qanun pozuntusuna yol vermiş taksi sürücüləri barədə ölçü götürülməsi və tədbirlər görülməsi ilə bağlı Səbail rayonu Dövlət Yol Polisinə də artıq məlumat verilib və əməkdaşları həmin əraziyə cəlb edilib.

Məsələ diqqətdə saxlanılacaq.  

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO