AHİK-də şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

AHİK-də şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

Hazırda oxunan: AHİK-də şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

137758

Mayın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) övladları himayəyə götürülmuş şəhidlərin ailə üzvlərinin bir qismi ilə görüş olub.

Bizim.Media xəbər verir ki, şəhid ailələrini salamlayan AHİK-in katibi - Aparat rəhbəri Həsən Cəfərov onları qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edib.

Azərbaycan xalqının parlaq qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən, müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, onların şanlı döyüş yolundan söz açan H.Cəfərov bildirib ki, Azərbaycan xalqı Vətən, torpaq, dövlət uğrunda şəhid olmuş oğul və qızlarını heç vaxt unutmur, əziz xatirələrini hər zaman dərin ehtiramla yad edir: 

“Şəhidlərimizin ailələri bizim qürur yerimizdir, onlara qayğı göstərmək hər bir azərbaycanlının müqəddəs borcudur. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin misli yoxdur. Hər zaman Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond şəhid ailələrinə hərtərəfli dəstək olur”.
Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri ölkəmizdə onlara göstərilən ali münasibətdən və yüksək qayğıdan razılıqlarını bildiriblər. Qeyd ediblər ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olurlar.

Sonda AHİK tərəfindən şəhid ailələrinin üzvlərinə bayram sovqatları verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO