TƏBİB-dən məktəblərdə baş verən zəhərlənmələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən məktəblərdə baş verən zəhərlənmələrlə bağlı AÇIQLAMA

Hazırda oxunan: TƏBİB-dən məktəblərdə baş verən zəhərlənmələrlə bağlı AÇIQLAMA

137725

"Məktəblərdə baş verən kütləvi zəhərlənmə halları ilə bağlı TƏBİB tərəfindən araşdırma aparılmır".

Bizim.Media xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, TƏBİB tibbi xidməti təşkil edən və ona nəzarət edən bir qurumdur:

"Bu kimi hallarla bağlı araşdırmanı müvafiq qurumlar aparır. Həmin qurumlar da hər hansı zəhərlənmə faktı aşkar olunduqdan sonra bununla bağlı açıqlama yayırlar. Yəni, TƏBİB sadəcə olaraq tabeliyində olan tibb müəssisəsinə müraciət etmiş zəhərlənmiş, yaxud digər problemlə bağlı xəstələrin müalicəsini təşkil edir".

V.Qurbanov söyləyib ki, məktəblərdə tibb işçiləri də fəaliyyət göstərir:

"Bizim Bakı şəhərindəki və regionlardakı məktəblərdə tibb işçilərimiz var. Məktəblərdə hansısa şagird və ya müəllim səhhətində narahatlıq hiss edərsə, rahat şəkildə tibb işçilərinə yaxınlaşa və tibbi xidmətdən yararlana bilərlər".

Qeyd edək ki, aprelin 6-da Bakı şəhərinin 20 nömrəli məktəb-liseyində 6 şagird qidadan zəhərlənib.

Mayın 23-də isə Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəllimi zəhərlənib. Hadisənin mayın 23-də havanın temperaturunun yüksək olması səbəbindən məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanması səbəbindən baş verdiyi ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO