Hansı mənzil sahibləri sığortaya görə cərimə edilə BİLMƏZ? – AÇIQLAMA

Hansı mənzil sahibləri sığortaya görə cərimə edilə BİLMƏZ? – AÇIQLAMA

Hazırda oxunan: Hansı mənzil sahibləri sığortaya görə cərimə edilə BİLMƏZ? – AÇIQLAMA

137696

“Mövcud qanunvericiliyə əsasən daşınmaz əmlakın sığorta mexanizmi ilə bağlı boşluqlar var”.

Bizim.Media xəbər verir ki, bunu sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov qeyd edib.

Ekspertin sözlərinə görə, 2011-ci il 24 iyunda daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edilsə də, icra və cərimə mexanizmi ilə bağlı məsələlər hələ də qeyri-müəyyəndir.

“Belə ki, 2011-ci ildə müəyyən edilən və hazırda da ödənilən vəsait zərər qarşılığında vətəndaşa təklif olunan məbləğlə uyğun deyil. Bakı şəhərində əmlaka görə dəyən ziyanın məbləği maksimum 25 min manat müəyyən edilsə də, mövcud bazar reallığında bu məbləğ xərci qarşılamır. Bu isə vətəndaşın sığortaya olan münasibətini dəyişir”.
İ.İbrahimov vətəndaşlara sığorta şirkətlərindən və yerli icra qurumlarından gələn mesaj və zənglərə də aydınlıq gətirib. Onun sözlərinə görə, İcbari Sığorta Bürosu və Əmlak Məsələləri Üzrə Dövlət Xidməti mövcud qanunvericiliyə görə icraedici qurumlar deyil:

“Qərara əsasən sahibkarlıq subyektləri üzrə daşınmaz əmlak sığortası üzrə nəzarətedici orqan Fövqəladə Hallar Nazirliyidir. Fiziki şəxslərə məxsus daşınmaz əmlakların sığortalanması mexanizminə isə yerli icra hakimiyyəti orqanları nəzarət etməlidir. İcbari Sığorta Bürosu və Əmlak Məsələləri Üzrə Dövlət Xidməti üzrə elektron sistem inteqrasiya olunsa da, yerli icra hakimiyyəti orqanlarının bu sistemə çıxışı yoxdur. Nəticədə kimin evi sığortalı, kimin evi sığortasızdırsa, bunu icra qurumu görə bilməyəcək”.

Ekspert həmçinin sənədsiz evlərin sığortasının məcburi olması ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirib ki, sözügedən evlərə cərimənin tətbiq edilməsi tam qanunsuzdur və mövcud qanunvericiliyə əsasən mümkün deyil.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO