Laçının yenidən qurulmasına xərclənən VƏSAİTİN HƏCMİ 

Laçının yenidən qurulmasına xərclənən VƏSAİTİN HƏCMİ 

Hazırda oxunan: Laçının yenidən qurulmasına xərclənən VƏSAİTİN HƏCMİ 

137680

Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisinə xərclənən vəsait açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Qeyd edilib ki, 2022-ci ildə dövlət büdcəsinin xərcləri üzrə xərc maddələri arasında aparılmış dəyişikliklər hesabına bir sıra xidmətlər üzrə (elektrik enerjisinin, təbii qazın, universal poçt rabitəsi xidməti) tariflərin artması, bəzi zəruri sosial ödənişlərin (əmək qabiliyyətini müvəqqəti itirməyə görə və dəfn üçün müavinətlər, pensiya yaşına çatmış dövlət qulluqçularına pensiyalarının 6 misli həcmində birdəfəlik haqqın verilməsi, bir sıra təşkilatlar üzrə (əsasən də müdafiə, təhlükəsizlik və hüquq mühafizə sahələrində) ştat və kontingentin sayının artırılması, vakant vəzifələrin tam komplekləşdirilməsi, bir sıra təhsil müəssisələrinin daşınmaz əmlakının sığortalanması, məktəbəqədər təhsil müəssisələrinin uşaqlarının hazır yeməklə təmin edilməsi, idmançıların beynəlxalq və ölkədaxili idman tədbirlərində iştirakı üçün tələb olunan əlavə xərclərin qarşılanması, Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisi və bu kimi digər zəruri xərclərin tənzimlənməsi üçün 347,6 milyon manat və ya faktiki icra olunmuş dövlət büdcəsi xərclərinin 1,1 faizi məbləğində maliyyə təminatı yaradılmaqla istifadə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO