Şəhid ailələrinə verilən mənzilləri Polad Həşimovun anası təqdim etdi - FOTO 

Şəhid ailələrinə verilən mənzilləri Polad Həşimovun anası təqdim etdi - FOTO 

Hazırda oxunan: Şəhid ailələrinə verilən mənzilləri Polad Həşimovun anası təqdim etdi - FOTO 

13758

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu il 3 min, yaxın 5 ildə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin ediləcək.

Bizim.Media Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir ki, bu fikirlər Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzilin təqdim olunması tədbirində səsləndirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri yanaşı şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, “Qarabağ Qaziləri”  İctimai Birliyinin üzvü Rey Kərimoğlu və başqaları iştirak ediblər.

Tədbirə şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova da qatılıb.

O bildirib ki, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr vurulub, şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb.

Onların yazdığı böyük tarix heç vaxt unudulmayacaq. Şəhid anası şəhidlərimizin ailələrinin və müharibə əlillərinin hərtərəfli qayğı ilə əhatə olunması üçün dövlətimizin davamlı işlər apardığını bildirib, yeni mənzillə təmin olunanlara bu mənzillərdə firavan həyat arzulayıb.

Şəhid ailələri və müharibə əlilləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər yürüşündən qürur hissi keçirdiklərini vurğulayıblar.

Onların sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını bildiriblər.

Göstərilən diqqət və qayğıya, bu gün yeni, mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Mənzillərdən 18-i Qarabağ müharibəsi əlillərinə, 12-i şəhid ailələrinə təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO