Əkin sahələri quraqlığa görə niyə sığorta olunmur? – AÇIQLAMA

Əkin sahələri quraqlığa görə niyə sığorta olunmur? – AÇIQLAMA

Hazırda oxunan: Əkin sahələri quraqlığa görə niyə sığorta olunmur? – AÇIQLAMA

137571

Qışın quraq keçməsi fermerləri yenə çətin duruma saldı. Yağıntıların az olması səbəbi ilə minlərlə hektar əkin sahəsi məhv oldu. Təkcə Şəki rayonunda 50 min hektar dəmyə taxıl sahəsi quraqlıq səbəbi ilə məhv olub. Bu da həm ölkənin ərzaq təhlükəsizliyinə təhdid yaradır, həm də fermerləri çətin duruma salır.

Məlum olduğu kimi, ölkəmizdə aqrar sığorta bitkiləri bəzi risklərdən sığortalanır. Bunun üçün 2019-cu ildə Aqrar Sığorta Fondu yaradılıb. Fondun əsas vəzifəsi fermeri fors-major hallardan sığortalamaq, aqrar sektorun dayanıqlı inkişafına dəstək olmaqdır. 

Lakin, fermerlər Fonddan şikayətçidirlər. Çünki, digər təbiət hadisələrindən fərqli olaraq quraqlıq hadisəsi Fond tərəfindən sığortalanmır. Bu da ciddi narazılıq yaradır. 

Xatırladaq ki, Aqrar Sığorta Fondu üçün Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yalnız dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətləri sığorta hadisəsi hesab edilir. Hökümətin müvafiq qərarını əsas tutan Fond quraqlıq hadisələrini sığorta eləmir. Bu isə fermerləri ciddi narahat edir.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sığorta məsələləri üzrə ekspert İlkin İbrahimli bildirib ki, Azərbaycanda fermerlərə sığorta xidmətini Aqrar Sığorta Fondu göstərir:

“Sığorta məhsullarını da bu Fond tərəfinfən kompensasiya edilir. Sığorta haqqının bir hissəsi fermer, bir hissəsi isə dövlət tərəfindən ödənilir. Lakin nədənsə quraqlıqla bağlı hallar Fond tərəfindən sığortalanmır. Bu bir qədər anlaşılan deyil. Çünki, sığorta bütün halları və və hadisələri qarşılamalıdır.
Halbuki, bu Fondun missiyası aqrar sektordakı gözlənilməz hadisələrdən fermerləri sığortalamaqdır. Amma bu vəzifələrin fonunda hansısa istisnanın olması anlaşılan deyil”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO