Əbülfəz Elçibəyin “əsil azərbaycanlı” dediyi o adam – Bilməmiz vacibdir!

Əbülfəz Elçibəyin “əsil azərbaycanlı” dediyi o adam – Bilməmiz vacibdir!

Hazırda oxunan: Əbülfəz Elçibəyin “əsil azərbaycanlı” dediyi o adam – Bilməmiz vacibdir!

13754

"Bir gün Qahirə Universiteti Tarix fakültəsinin bir tələbəsi ilə tanış oldum. Tələbə, “hansı ölkədənsiniz”,- deyə soruşdu. “Azərbaycandanam” dedim. Tələbə mənə “siz Səlahəddin Əyyubinin vətənindənsiniz”, - dedi. Mən Səlahəddin Əyyubi haqqında az oxumamışdım.

Ancaq bu sözü yeni eşitmişdim və bir o qədər də çaşdım. Bu səbəbdən “haradan bilirsiniz” sualını verməli oldum. Tələbə mənə “səhər mən sizə mənbəni gətirərəm”, - dedi və gətirdi də”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın ikinci prezidenti olmuş Əbülfəz Elçibəy “Bütöv Azərbaycan yolunda” kitabında yazıb.

 

MÖVZU İLƏ BAĞLI:

Elçibəyin bu fotosu hələ də müzakirə olunur - FOTO


Səlahəddin Əyyubi 1193-cü il, martın 4-də hazırkı Suriya paytaxtı, Dəməşq şəhərində yolouxucu xəstəlikdən vəfat edib. Ölümündən 6 il əvvəl, 1187-ci ildə müsəlmanların köhnə qibləsi, bəzi peyğəmbərlərin mehraca ucaldığı şəhər, Allahın Əl Qüddus adına bənzəyən Qüds şəhərini səlibçilərdən qurtarıb və 88 il davam edən xristian ağalağına son qoyub.

Səlahəddin türkəsilli Əyyubilər sülaləsindən olub. Ümumiyyətlə onun türk, hətta azərbaycanlı olması ilə bağlı müxtəlif tarixi mənbələrin maraqlı versiyaları mövcuddur. 

Əbülfəz Elçibəy “Bütöv Azərbaycan yolunda” kitabında yazır: 

“Eni 25-30 sm, boyu 40-50 sm olan bir əsər idi. Üzərində Səlahaddinin cəngavər geyimində rəsmi var idi".

"Avropada Saladin adı ilə tanınan, yalnız Qüdsdə deyil, bütün Fələstin və Suriyada Xaçlıları darmadağın edib, bu yerləri onlardan təmizləyən, Almaniya İmperatorunun, İngiltərə və Fransa krallarının liderliyi altında başlayan üçüncü səlib yürüşünə qarşı birləşmiş müsəlman ordularının başında dayanaraq Xaçlıların baş komandiri, bütün Avropanın qürur duyduğu İngiltərə Kralı aslan ürəkli Riçardı Akka Qalasında diz çöktürərək əsir alan, bütün Avropanın «qəzəbinə gəlmiş» və hətta Aligyeri Dantenin “İlahi komediya”sında  cəhənnəmdə təsvir edilən, Misirdə Əyyubilərin sülaləsinin hakimiyyət əsasını 1177-ci ildə qoyan məğlub olmaz sərkərdə Sultan Səlahəddin (1138-1193).

Tarixçi şagirdin mənə verdiyi əsərdə mənim üçün yeni olan bu idi ki, Sultan Səlahaddindən soruşmuşlar:

Deyirlər ki, Siz kürdsünüz. Bu, doğrudurmu?

Sultan: -Xeyr! Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Ez-zib tayfasındanıq.

O zaman bunu oxuduqda məni çox həyəcana gətirdi. Sonralar Bakıda aspiranturada oxuyarkən və universitetdə dərs verərkən də Səlahəddin haqqında araşdırmalarımı davam etdirdim və axtardığımı tapdım; araşdırmaçıların ən doğru saydığı resursların birində — tanınmış görkəmli alim İbn Hellikanın “Görkəmli adamların ölüm tarixi”  əsərində yazılıb:

“Şirkuh demişdir ki, bizim nəslimiz Göy Börü (boz qurd / göy qurd)-dür!”. Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçədə geniş bir şəkildə yayılmış Göy börü, Qara börü, Boz börü tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır.

 

Hazırda da bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa və nəsillərə bu bölgələrdə tez-tez rast gəlinir. Bu məsələnin — orta əsrlərdə qurd sözü ilə kürd sözünün arab elifbası ile yazılışından uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi belə Nizami Gəncəvi ilə bağlı olub.


Nizami əsərlərinin birində “mənim qurd tinətli anam” yazmış, tədqiqatçılar bunu “mənim kürd əsilli anam” olaraq oxuyub, səhv təqdim etmişlər. Orta çağda qurd sözü ilə kürd eyni şəkildə yazılardı. 

İbn Hellikan eyni əsərində tarixdə bərabərinə az rast gəlinən komandirlərdən olan, “xəlifələri yıxıb xəlifələri taxta çıxaran”, Əməvilər xilafətinə son verən Əbu Müslim haqqında ayrıca yazmış, onun da əslən Azərbaycandan olduğunu göstərib. İbn Hellikan yazır ki, Əbu Müslim Azərbaycanda bir əmirin oğlu idi."

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO