Quba xəstəxanasında Heydər Əliyevin barelyefi açıldı – FOTO

Quba xəstəxanasında Heydər Əliyevin barelyefi açıldı – FOTO

Hazırda oxunan: Quba xəstəxanasında Heydər Əliyevin barelyefi açıldı – FOTO

137530

Quba Rayon Mərkəzi Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə guşəsinin açılışı olub.

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, açılış mərasimi Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatından keçmiş igid oğulların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

"Quba Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin baş direktoru Əlyar Sərvərov giriş sözündə Quba xəstəxanasında Heydər Əliyevlə bağlı guşənin yaradılmasından kollektivin hər bir üzvünün məmnun olduğunu bildirib.

Qubanın icra başçısı Ziyəddin Əliyev, yerli YAP sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri guşə ilə yaxından tanış olublar. Xatirə guşəsində Heydər Əliyevin barelyefi, həyat yoldaşı, tanınmış oftalmoloq Zərifə Əliyevaya və Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş guşələr maraqla qarşılanıb.

Qubanın icra başçısı Ziyəddin Əliyev dahi Heydər Əliyevin ölkədə səhiyyə sahəsində apardığı islahatlardan və onun başladığı bütün işləri Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyindən ətraflı söz açıb. Ziyəddin Əliyev akademik Zərifə Əliyevanın oftalmologiya elminə gətirdiyi yeniliklərdən danışarkən bu işıqlı insanın yüzlərlə adamın gözünə nur verdiyini deyib.
Quba Rayon Mərkəzi Xəstəxanasının həkimləri çıxışlarında də Heydər Əliyevin hərtərəfli şəxsiyyəti, Zərifə Əliyevanı isə oftalmologiya elminin yenilikçisi kimi hörmətlə xatırladıqlarını deyiblər. 




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO