Ən çox mina Füzulinin Aşağı Seyidəhmədli kəndində aşkar edilib

Ən çox mina Füzulinin Aşağı Seyidəhmədli kəndində aşkar edilib

Hazırda oxunan: Ən çox mina Füzulinin Aşağı Seyidəhmədli kəndində aşkar edilib

137512

“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi minalarla daha çox çirklənmiş ərazi kateqoriyasına daxil edilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi İdris İsmayılov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Agentlik tərəfindən həmin ərazidə bir aydan çox minatəmizləmə fəaliyyəti həyata keçirilib: 

"Təxminən 1,4 hektar ərazidən 121 ədəd mina aşkarlanaraq zərərsizləşdirilib. Onlardan 85 ədədi tank əleyhinə mina, 36-sı isə piyada əleyhinə minadır. 

Agentlik tərəfindən bundan sonra da aparılacaq qazıntı işlərinin təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti ərazilərin minalardan təmizlənməsi işləri davam etdiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO