Onkoloji xəstəlikdən əziyyət çəkən Ramiz Məlikin SƏHHƏTİ NECƏDİR? - ÖZƏL

Onkoloji xəstəlikdən əziyyət çəkən Ramiz Məlikin SƏHHƏTİ NECƏDİR? - ÖZƏL

Hazırda oxunan: Onkoloji xəstəlikdən əziyyət çəkən Ramiz Məlikin SƏHHƏTİ NECƏDİR? - ÖZƏL

137507

Xəbər verdiyimiz kimi, ötən həftələrdə Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkdiyini və bununla əlaqədar Milli Onkologiya Mərkəzində müalicə aldığını açıqlayıb.  

79 yaşlı sənətkarın sağlamlıq vəziyyəti ilə bağlı xəbər almaq üçün Bizim.Media-nın əməkdaşı aktyorla əlaqə saxlayıb. 

R.Məlik səhhətini bu sözlərlə ifadə edib: 

“Vəziyyətim normaldır. İcazə verin, xəstəliyimlə mübarizə aparım. Gedin, insanların sosial məsələlərini həll edin. Xudafiz!”  

Qeyd edək ki, aylar əvvəl R.Məlik redaksiyamıza açıqlamasında mədə-bağırsağında problem yarandığını bildirmişdi. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO