Allahşükür Paşazadə Rus Pravoslav kilsəsinin Mitropolitini qəbul edib

Allahşükür Paşazadə Rus Pravoslav kilsəsinin Mitropolitini qəbul edib

Hazırda oxunan: Allahşükür Paşazadə Rus Pravoslav kilsəsinin Mitropolitini qəbul edib

13749

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav kilsəsinin Mitropoliti İoanı (Georgi Roşşin) qəbul edib.

QMİ-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlmata görə, əvvəlcə qonaq Şeyxülislam həzrətlərinə Moskva və bütün Rusiya patriarxı Kirilin salam-dualarını çatdırıb.

Şeyxülislam Qafqaz Müsəlmanları İdarəsi üçün Rus Pravoslav kilsəsi ilə əlaqələrin xüsusi önəm kəsb etdiyini vurğulayaraq iki dini mərkəz arasında ənənəvi dostluq, qarşılıqlı ehtiram və sıx əməkdaşlıq əlaqələrin mövcud olduğunu qeyd edib.

 

MÖVZU İLƏ BAĞLI:

 Allahşükür Paşazadə BMT-nin tədbirində iştirak etdi - FOTO


Daha sonra A.Paşazadə  Azərbaycanın əzəli Qarabağ torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün dini konfessiyadan olan bütün vətəndaşlarımızın, o cümlədən, rus pravoslav qardaşlarımızın dövlət ətrafında sıx birləşməsindən, onların da arasında şəhid qəhrəmanlarımızın olduğunu fəxarətlə vurğulayıb.

Öz növbəsində, Moskva və bütün Rusiya patriarxı Kiril həzrətlərinə öz səmimi salam-dualarını yetirən Şeyxülislam, Ermənistanla Azərbaycan arasındakı münaqişənin guya dini müstəvidə olduğunu göstərməyə imkan verməmək üçün indiyədək böyük işlər görən Rus Pravoslav kilsəsi bundan sonra da regionda dinc həyatın bərpa olunması yolunda öz səylərini əsirgəməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO