Qazaxda nazirlik əməkdaşlarına atəş açan şəxslə bağlı YENİ XƏBƏR

Qazaxda nazirlik əməkdaşlarına atəş açan şəxslə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Qazaxda nazirlik əməkdaşlarına atəş açan şəxslə bağlı YENİ XƏBƏR

137470

Mayın 18-də Ağstafa su anbarının Qazax rayonu ərazisinə düşən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş açılması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qazax rayon prokurorluğu yayıb.

Araşdırma zamanı qeyd edilən idarənin əməkdaşları Yaşar Məmmədov və Cəbi Məmmədhüseynovun xidməti vəzifələrini yerinə yetirərək qanunsuz balıq ovuna qarşı mübarizə tədbirləri çərçivəsində həmin su hövzəsindən balıq ovu üçün nəzərdə tutulan torları yığan zaman Qazax rayon sakini Fərman Mustafayevin təxminən 150 metr məsafədən atəş açaraq Yaşar Məmmədova xəsarət yetirməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Fərman Mustafayev saxlanılıb və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO