İtkin düşmüş azərbaycanlıların taleyilə bağlı RƏSMİ AÇIQLAMA

İtkin düşmüş azərbaycanlıların taleyilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İtkin düşmüş azərbaycanlıların taleyilə bağlı RƏSMİ AÇIQLAMA

137455

“Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Azərbaycan tərəfinə təqdim ediləcək”.

Bizim.Media xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfransda çıxışı zamanı deyib.

“2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına boyük ümidlər yaratsa da, hazırda bizə mane olan əsas amil ərazilərin minalar və partlamamış sursatlarla çirkləndirilməsidir.
İşğaldan azad edilmiş ərazilərdə basdırılmış minalar bizə məlum olan məzar yerlərində çöl işlərini, o cümlədən qazıntı və ekshumasiya aparmağa imkan vermir, itkin ailələrinin iztirablarının uzanmasını şərtləndirir”, - o, bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO