Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım - FOTO

Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım - FOTO

Hazırda oxunan: Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım - FOTO

137454

Azərbaycanlı alpinist Elmira Aslanova Everest zirvəsinə qalxıb. 

Bizim.Media xəbər verir ki, o bu barədə "Facebook" hesabında paylaşım edib. 

E.Aslanova Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım kimi tarixə düşüb. 

“Everest – xəyallar gerçəkləşməlidir! Uzun müddətdir ardınca getdiyim, onu ağılasığmaz və real olmayacağını hesab edərək dəfələrlə rədd etdiyim xəyalım. Amma Everest məni buraxmırdı. 19 may 2023-cü ildə dünyanın zirvəsinə qalxmağı bacardım.
Beləliklə Everestin zirvəsinə qalxmağı bacaran ilk azərbaycanlı qadın oldum ki, bundan çox xoşbəxtəm və fəxr edirəm", - deyə xanım alpinist paylaşımda bildirib. 

Qeyd edək ki, Everest yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağdır və onun hündürlüyü 8848 metrdir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO