13 yaşlı qızın qaçırılması ilə bağlı CİNAYƏT İŞİ başlandı

13 yaşlı qızın qaçırılması ilə bağlı CİNAYƏT İŞİ başlandı

Hazırda oxunan: 13 yaşlı qızın qaçırılması ilə bağlı CİNAYƏT İŞİ başlandı

137433

Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı məktəbli ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya açıqlamasında bildirib ki, Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar  S. Kavazov barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
 

MÖVZU İLƏ BAĞLI:

13 yaşlı qızı qaçıran şəxs 3 uşaq atası imiş – VİDEO


Qeyd edək ki, qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir.

Üç övladı olan S.Kavazov Xudat Şəhər Xəstəxanasında mühafizəçi kimi çalışır.

Xatırladaq ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evi tərk edib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyatlar nəticəsində Ə.Tağıyevanın yeri müəyyən edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO