Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı məktəblini qaçırdığı iddia edilən şəxsin yaxınları danışıblar.
Bizim.Media xəbər verir ki, qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir.
Üç övladı olan S.Kavazov Xudat Şəhər Xəstəxanasında mühafizəçi kimi çalışır.
Saxlanılan şəxsin qohumu Günel Kavazova mövzunu eşitdikdə təəccübləndiyini qeyd edib:
“Məsələni bu gün eşitmişəm. Təəccübləndim, ailəli adamdır. Son dəfə onu bu gün görmüşəm”.
Qeyd edək ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evi tərk edib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyatlar nəticəsində Ə.Tağıyevanın yeri müəyyən edilib.
Daha ətraflı Baku TV-nin süjetində: