Bakı Dövlət Universitetinin (BDU) Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə Bizim.Media-ya BDU-dan məlumat verilib.
İclasda BDU-nun rektoru Elçin Babayev gündəlikdə olan məsələləri diqqətə çatdırıb.
Universitetin tədris və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov 2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və Yekun Dövlət Attestasiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) keçirilməsi haqqında məlumat verib.
2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2023-cü il 17 may tarixli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.
İclasda imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının keçirilməsi zamanı koronavirusa dair göstərişlərə riayət olunması, 2023-cü ilin iyun ayının 5-dən iyulun 5-dək imtahan sessiyasının keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü il iyul ayının 6-dan 12-dək şərait yaradılması barədə qərar qəbul olunub. Yekun dövlət imtahanlarının 31 may– 1 iyun, təkrar yekun dövlət imtahanlarının isə 20-21 iyun tarixlərində təşkil edilməsi qərara alınıb.
Sonda cari məsələlərə baxılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:45 / 22.05.2023
Bu tarixdən BDU-da yaz imtahan sessiyası başlayacaq
Hazırda oxunan: Bu tarixdən BDU-da yaz imtahan sessiyası başlayacaq
Hazırda oxunan: Bu tarixdən BDU-da yaz imtahan sessiyası başlayacaq
137377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.