Adına planet olan 3 Azərbaycan alimi -MARAQLI

Adına planet olan 3 Azərbaycan alimi -MARAQLI

Hazırda oxunan: Adına planet olan 3 Azərbaycan alimi -MARAQLI

137336
Azərbaycan qədim zamanlardan səma cisimlərinin öyrənilməsində misilsiz rol oynayan elmi mərkəzlərdən olub. O zaman nücum adlanan astronomiya alimlərinin demək olar ki, böyük əksəriyyəti həm də dövrün böyük filosofları idilər. 

Böyük Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvi və Hüseyn Cavidin adına planetlər var. Hüseyn Cavidin ev muzeyinin girişində böyük ədibin adını daşıyan planetin Günəş sistemində hərəkətini əks etdirən tablo var. Yeri gəlmişən, Moderator.az həmin tablonu da sizlərə təqdim edəcək. 
Aşağıdakı yazıda isə adları planetlərə verilən üç Azərbaycan alimindən söz açacağıq. Onlardan biri orta əsrin böyük dühası Nəsirəddin Tusi, digər  ikisi isə müasir dövrün alimləridir

Moderator.az saytı səmada adına planet olan alimləri daha ətraflı təqdim edir:

“Nəsirəddin Tusi”x9d krateri - “Elmin günəşi”x9d adlandırılan Xacə Nəsirin anadan olduğu gündən vəfatına kimi həyatı həm də möcüzələrlə dolu olub. Bu gün də bir çox kəşflərin ona aid olunduğu gizli saxlanılır. Hətta hesabın təməl nöqtələrindən sayılan vurma cədvəlinin də yaradıcısı kimi onu göstərirlər. Azərbaycan fəlsəfə tarixinin araşdırıcısı mərhum Zakir Məmmədov Nəsirəddin Tusinin irsini tədqiq edərkən mənbələr əsasında belə bir faktı qeyd edir: 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içi boş yer kürəsi modeli də var imiş. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Behaymın (1459-1507) hazırlamasına dair fikri elmi fakt əsasında təkzib edir. Lakin çox təəssüflər olsun ki, dünyanın elmi ictimaiyyəti ilk qlobusun yenə də Behayma aid olduğunu qeyd edirlər.
“Əyyub Quliyev”x9d planeti - Şamaxı Astrofizika Rəsədxanasının bu yaxınlarda işdən çıxarılan direktoru professor Əyyub Quliyevin adına kiçik bir planet var. ABŞ-ın Lovell rəsədxanasının aşkar etdiyi yeni kiçik planet Əyyub Quliyevin şərəfinə adlanır. Müvafiq astronomik kataloqlarda həmin kiçik planet Ayyubguliev adı və 18749 nömrəsi altında qeydiyyatdan keçib. Alim uzun müddət kometlərin tədqiqi ilə məşğul olub.

“Nadir İbrahimov”x9d krateri - Nəhayət yuxarıda adını çəkdiyimiz Nadir İbrahimov. Azərbaycanın qısa ömür yaşamasına baxmayaraq (44 il) ən məşhur astrofiziki səviyyəsinə qalxan Nadir İbrahimov ilk dəfə olaraq Mars planetinin heç kəsin indiyədək görə bilmədiyi sahəsinin xəritəsini çəkib. Əvvəlcə bu, dünya alimləri tərəfrindən ciddi qarşılanmayıb. Daha sonra isə 1982-ci ildə dünya alimləri planetin 2000-ə yaxın fotosunu çəkməklə yeni sahələrini aşkarladığını təsdiqləyirlər. 1982-ci ilin oktyabrında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patra şəhərində keçirilən Baş Assambleyası Azərbaycan astronomu Nadir Baba oğlu İbrahimovun Marsa dair araşdırmalarını yüksək qiymətləndirib, bu planetin səthindəki kraterlərin birinə onun adını verib. İndi Marsda Kopernik, Kepler, Keldış, Jül Vern kraterləri ilə yanaşı, İbrahimov krateri də mövcuddur.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO