Ceyhun Bayramovun Baş katibə ünvanladığı məktub BMT sənədi kimi yayıldı

Ceyhun Bayramovun Baş katibə ünvanladığı məktub BMT sənədi kimi yayıldı

Hazırda oxunan: Ceyhun Bayramovun Baş katibə ünvanladığı məktub BMT sənədi kimi yayıldı

13732

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun cari ilin 22 fevral tarixində BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və digər partlayıcı sursatlar ilə kütləvi çirklənməsindən irəli gələn ciddi təhlükə və Ermənistanın minalanmış ərazilər ilə bağlı müvafiq məlumatı verməkdən imtina etməsinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, məktubda münaqişədən sonrakı dövrdə Azərbaycanın azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların mövcudluğunun azərbaycanlı hərbiçilərin və mülki şəxslərin sağlamlığına ciddi təhlükə olduğu qeyd olunur.

 

MÖVZU İLƏ BAĞLI:

Daha yaxşı gələcək qurmağa sadiqik - Ceyhun Bayramovdan “Sıfır ayrı seçkilik” mesajı


Bildirilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mina partlayışı nəticəsində 9 mülki şəxs daxil olmaqla, 15 vətəndaş həyatını itirib və 8 mülki şəxs daxil olmaqla, 65 vətəndaş ciddi yaralanıb.   

Məktubda vurğulanır ki, Azərbaycanın azad edilmiş ərazilərinin minalarla kütləvi şəkildə çirklənməsi bu ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə ciddi maneələr yaradır.

 

Nazir Ceyhun Bayramov BMT Baş katibinin diqqətinə çatdırır ki, Ermənistan minalanmış ərazilər ilə bağlı dəqiq məlumatın verməkdən imtina etməklə beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini ciddi şəkildə pozur.


Burada, həmçinin vurğulanır ki, Ermənistan tərəfindən basdırılmış minaların insan həyatına son qoyması müharibə cinayətidir.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə bu keçiddən tanış olmaq olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO