Sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır  

Sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır  

Hazırda oxunan: Sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır  

137319

Xəbər verildiyi kimi, 20.10.2022-ci il tarixdə Neftçala rayon prokurorluğunda Neftçala bələdiyyəsində müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanıb. 

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, toplanmış sübutlarla Rövşən Quliyevin Neftçala bələdiyyəsinin sədri vəzifəsində işlədiyi 2018-2022-ci illər ərzində xeyli miqdarda bələdiyyə əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, külli miqdarda rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Rövşən Quliyevə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib. 
Xatırladaq ki, Neftçala bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda aparılan araşdırmalarla bələdiyyənin büdcəsindən 3 min 236 manat dəyərində ərzaq yardımının əsassız olaraq silinməsinə, eləcə də ödəniş tapşırığı ilə ərzaq mağazasına köçürülmüş vəsaitin 8 min 600 manat məbləğində hissəsinin bələdiyyə sədri Rövşən Quliyev tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilmişdi. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO