Tofiq Yaqublu sərhəddə saxlanıldı...

Tofiq Yaqublu sərhəddə saxlanıldı...

Hazırda oxunan: Tofiq Yaqublu sərhəddə saxlanıldı...

137312
Ona ölkədən çıxışına “stop”x9d qoyulduğu deyilib.

Sabiq siyasi məhbus, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunu Azərbaycan-Gürcüstan sərhədində saxlayıblar. 

Bu haqda T.Yaqublunun qızı Nigar Yaqublu musavat.com-a açıqlamasında deyib. Onun sözlərinə görə, gömrük xidməti əməkdaşları ona ölkədən çıxışına “stop”x9d qoyulduğunu bildiriblər: “Halbuki Bakıda bizə deməmişdilər ki, üzərində “stop”x9d var. Bilmirəm ki, bunu hansı qurum edib.  Həbsdən əfvlə azad olunduğu üçün bu qadağa da avtomatik aradan götürülməli idi. Ailəlikcə Gürcüstana, doğma kəndimizə gedirdik. İndi bizi buraxırlar, atamı yox”x9d. 

N.Yaqublu dedi ki, atası vəkili Nemət Kərimli ilə əlaqə saxlayıb bu məsələni dəqiqləşdirməyə çalışır. Müsahibimiz öz növbəsində Ombudsman Aparatı, eləcə də müvafiq qurumlarla əlaqə saxlayır: “Bilmək lazımdır ki, konkret hansı qurum “stop”x9d qoyub. Məsələni dəqiqləşdirənə qədər burada olacağıq”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO