Biləsuvarda 24 küçəyə şəhidlərin adı verildi 

Biləsuvarda 24 küçəyə şəhidlərin adı verildi 

Hazırda oxunan: Biləsuvarda 24 küçəyə şəhidlərin adı verildi 

137308

Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Biləsuvar rayonunda küçələrə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəxslərin adları verilib.

Bizim.Media-nın Cənub vürosu xəbər verir ki, şəhidlərin adlarının verildiyi küçələr şəhərin mərkəzi və eləcə də ətraf kəndlərini əhatə edir. 

Beləliklə, yeni adlandırılan 24 küçədən 12-si rayon mərkəzində, digərləri isə ətraf kəndlərdə yerləşir. 

Qeyd edək ki, göstərdikləri igidlik, şücaət və qəhrəmanlıqları ilə tarix yazan şəhidlərin xatirəsi hər zaman böyük ehtiramla yad olunur.
Şəhidlərin xatirələrinə ehtiram əlaməti olaraq, onların adına bulaqlar açılır və abidələr ucaldılır. Eyni zamanda, onların adı məktəblərə, küçələrə verilir və beləliklə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların adları əbədiləşdirilir. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO